Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Qoz-fındığın faydaları və zərərləri nələrdir? - Mütəxəssis AÇIQLADI

"Qoz, fındıq və digər çərəzlər orqanizmin sağlamlığı üçün çox faydalıdır".
Bu sözləri Sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova HİT.az-a açıqlamasında deyib. 
O bildirib ki, xüsusilə qoz-fındığın tərkibindəki omeqa-3 yağ turşuları və vitamin-mineralları orqanizm üçün faydalıdır:
"Həmçinin, sözügedən çərəzlərin tərkibindəki faydalı protein miqdarı və doymamış yağlar da orqanizm üçün olduqca yararlıdır. Qoz və fındıq həm də xərçəng yaranma riskini azaldır. Bundan əlavə, qoz-fındıqdan iltihabi xəstəliklərlə mübarizədə və onların müalicəsi zamanı da istifadə olunur.
Ümumiyyətlə, qoz və fındıq qanda şəkərin miqdarını balanslaşdırır və həzm sistemini yaxşılaşdırır. Xüsusilə qoz mərkəzi beyin sisteminin fəaliyyətini gücləndirir, yaddaşsızlığı və yorğunluğu aradan qaldırır. Nəzərə almaq lazımdır ki, qoz yaddaşı gücləndirən ən birinci qidalar sırasındadır. Antioksidant olduğuna görə oynaqların iltihabında və hər hansı infeksion xəstəliklərin müalicəsi zamanı da qozdan istifadə olunur". 

340133

Mütəxəssis diqqət çatdırıb ki, qoz-fındıq və digər çərəzlərin günün birinci yarısında qəbul edilməsi tövsiyə olunur:
"Onlar acqarına qəbul olunduqda tərkibindəki vitamin və minerallar orqanizmdə düzgün şəkildə parçalanaraq həzm olunur. Üstəlik, bu halda faydaları daha çox olur. Sözügedən çərəzləri çox olmamaq şərtilə gün ərzində qəbul etmək lazımdır. Bu çərəzləri hər insan öz ovuc içi boyda qəbul etməsi faydalı hesab olunur. Çünki 100 qramda təxminən 600 qramdan çox kalori olur. Təbii ki, bu, çərəzlərə görə dəyişə bilər. Bunlar gün ərzində enerjli və tox olmağınıza səbəb olur".
Ekspert qoz və fındığın bəzi zərərləri ola biləcəyini də diqqətə çatdırıb:
"Qoz və fındığı həddindən artıq çox qəbul etdikdə tez kilo alınır, kökəlmə və piylənmə baş verir. Ona görə də miqdarı keçməmək lazımdır. Bəzən də əvvəlcədən sındırılıb satılan hazır çərəzlərdən də istifadə olunur. Əgər faydalarından yararlanmaq istəyiriksə, gərzəkli çərəzləri qabıqlı şəkildə satın almaq lazımdır. Çünki onların tərkibindəki elementlərin insan orqanizminə faydalı olması üçün qabıqdan qırılarkən yeyilməlidir. 
Əks halda, onların sındırılıb uzun müddət açıq şəkildə qalması və ya açıq şəkildə satılması çirklənməyə, habelə yad cisimlərin daxil olmasına gətirib çıxarır. Belə olan halda isə həmin məhsulları yumadan qəbul etmək insan orqanizminə zərər verə bilər.
Bəzən də bu kimi çərəzlərin tərkibindəki makro və mikro elementlərdən yararlanmaq üçün onları az miqdarda suda isladaraq qəbul edirlər. Bu isə onun tərkibinin daha da zənginləşməsinə və həzm olunmasına kömək edir. Gün ərzində keyfiyyətli və qida elementləri bol olan yeməklər yemədikdə gec saatlarda aclıq hiss edirlər. O zaman hər hansısa qida qəbul etmək yerinə 6-7 çərəz qəbul edib yatmaq daha faydalı olar. Çünki bu, onların həm aclığını aparacaq, həm də səhərə qədər orqanizmi vitamin və minerallarla təmin edəcək".

Tarix: 18 dekabr 2023
Baxış: 151

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş