Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Xərçəng üzərində qələbə - Yeni peyvəndin təsiri hamını ŞOKA saldı

Türkiyənin BioNTech şirkətinin alimləri xərçəng peyvəndi sınaqlarının uğurla nəticələndiyini bildiriblər.
Gender.az-ın xəbərinə görə, yeni preparatın bir neçə nümunəsi  tezliklə bu xəstəliyin müalicəsində böyük sensasiya yaradacaq gücə malikdir.
Mütəxəssislər bir neçə nümunədən istifadə etsələr də, onlardan biri daha uğurlu nəticə göstərib. BioNTech şirkətinin rəhbəri Uğur Şahin bildirib ki, şirkət 2025-2029-cu illərdə daha böyük nəticələr nümayiş etdirməyi planlaşdırır.
“Biz pasientdə yaranmış şişdən və qandan nümunə götürürük. 4 həftə sonra fərdi peyvənd hazırlayıb tətbiq edirik. Biz bu vaksini il ərzində 100 yox, on minlərlə insan üzərində tətbiq edəcəyik. Belə yanaşma zamanı immun sistemi məqsədyönlü şəkildə orqanizmdəki bədxassəli şişləri tapıb məhv edəcək”,- o qeyd edib. \\Lent.az

Tarix: 30 noyabr 2023
Baxış: 140

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş