Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Bu qan qruplarından olanlar DİQQƏT: ölüm halları 3 dəfə ÇOX OLUR

Gender.Az xəbər verir ki, tədqiqat zamanı ciddi xəsarətlərlə müalicə olunan 900 xəstənin qanına baxılıb.
Nəticədə məlum olub ki, birinci qan qrupu olan xəstələrdə 28% hallarda ölüm baş verib. 2-4 qrup olan insanlarda isə - yalnız 11%.
Kim nə deyirsə desin, hər bir mənfi cəhətin öz üstünlüyü var. Digər tərəfdən, birinci qan qrupu olan insanlar, digər üç qrupa sahib olanlara nisbətən venoz tromboemboliyadan daha az əziyyət çəkirlər. Bu insanların ürək-damar xəstəliklərindən əziyyət çəkmə riski azalır və onların orqanizmi əqli deqradasiya əlamətləri ilə daha yaxşı mübarizə aparır.
Qeyd etmək lazımdır ki, Milli Sağlamlıq İnstitutundan və ABŞ Səhiyyə Departamentindən olan amerikalı mütəxəssislər hər bir qan qrupunun müəyyən bir xəstəliyin inkişaf ehtimalı ilə əlaqəsi olduğunu aşkar etdilər. Məsələn, 30.000 nəfər arasında aparılan sorğu göstərdi ki, 4-cü qan qrupu olanlar xüsusilə psixi deqradasiyaya meyllidirlər. 
Bu qan qrupu olan insanlar yaşla birlikdə idrak pozğunluğu və əqli qüsurların inkişaf riski 82% təşkil edir, çünki onların qanında qan laxtalanmasını sürətləndirən zülalın yüksək səviyyəsi var. 4-cü qan qrupu olan insanların qan dövranı sistemi, birincidən fərqli olaraq, tromboz və zəif damar keçiriciliyinin inkişaf riski altındadır.\\Referans.az

Tarix: 18 noyabr 2023
Baxış: 169

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş