Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Gündə 10 min addım atmaq faydalı deyil imiş

Alimlər gündə on min addım atmağın faydalarını təkzib ediblər. Belə ki, gündə cəmi 2 600 addım ürək xəstəliyi riskinizi əhəmiyyətli dərəcədə azalda bilər.
Gender.Az Report-a istinadən xəbər verir ki, tədqiqat European Journal of Preventive Cardiology (EJPC) jurnalında dərc olunub.Alimlər atılan addımların sayı ilə ürək-damar riski arasındakı əlaqəni qiymətləndirən əvvəlki 12 tədqiqatın nəticələrini təhlil ediblər.Tədqiqatda ümumilikdə 111 mindən çox insan iştirak edib. Təhlillər müəyyən edib ki, gündə cəmi 2 517 addım yerimək bütün səbəblərdən ölüm riskini 8%, 2 735 addım isə bütün səbəblərdən ölüm riskini 11% azaldır.
Nəticələr gündə 10.000 addım atmaq çətinliyindən qorxan insanlar üçün ümidverici ola bilər. Ən böyük fayda gündə 8 763 addım atmaqdır. Belə ki, bu sayda addımlamaq ürək-damar xəstəliklərindən ölüm riskini 60% azaldır. Qeyd olunub ki, addımların sayının daha da artması əlavə fayda vermir.

Tarix: 14 noyabr 2023
Baxış: 204

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş