“Fast food” (tezbazar) yemək son zamanlar çox məşhurdur.
Tez hazırlanan, rahat və dadlı olduğuna inanan insanlar tez-tez bu yeməkləri yeyirlər.
Gender.Az xəbər verir ki, endokrinoloq Anastasiya Sinitsina əslində belə qidalaırn sağlamlığa zərərli olduğuna dair xəbərdarlıq edib.
Həkim bildirib ki, “fast food”da çoxlu sayda kimyəvi maddələr, o cümlədən dad artıran maddələr var və onlar orqanizmdə asılılıq yaradır:“Bu maddələr bədənə böyük miqdarda daxil olduqda, narkotik kimi fəaliyyət göstərirlər. İnsan onları getdikcə daha çox istehlak etmək istəyir”. Bundan əlavə, “fast food”un yanında adətən çoxlu şəkər ehtiva edən qazlı içkilər olur. Bu isə mədənin divarlarını uzatır və qlükozanı qlikogenə parçalayan insulinin istehsalını artırır.
“Şəkər nə qədər çox olarsa, insulin də bir o qədər çox olar, sürətli karbohidratlara ehtiyac da o qədər artır. Nəticədə o qədər çox insulin istehsal olunur ki, orqanizm ona qarşı həssaslığını itirir”, - həkim deyib. Onun sözlərinə görə, insulin müqaviməti və diabet belə inkişaf edir.
Sinitsina həmçinin qeyd edib ki, “fast food”a boyalar əlavə olunur, bu da allergiyaya səbəb ola bilər, sinir sistemini məhv edir, oksigen aclığına və diqqətin azalmasına səbəb olur. Üstəlik, kalium bromat tez-tez burger çörəklərinə, pizza xəmirinə və teksturasını yaxşılaşdırmaq üçün sendviçlərə əlavə olunur. Bu maddə hazır məhsulda qalır və xərçəng şişlərinin yaranmasına kömək edir. “Fast food” hazırlayarkən belə tez-tez konservantdan istifadə olunur : “Onlar yağ və heyvan mənşəli piylərin xarab olmasının qarşısını almaq üçün istifadə olunan üçüncü dərəcəli butilhidrokinon (TBHQ) faydalı bağırsaq bakteriyalarının fəaliyyətinə pis təsir edir. Bunun nəticədə orqanizmin immuniteti qrip viruslarına reaksiya azalır”. \\Cebhe.info