Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Korvalolun təhlükəsi barədə XƏBƏRDARLIQ - Müalicəvi təsiri yoxdur

Korvalol heç də bitki tərkibli preparat deyil, onun tərkibində çox güclü kimyəvi maddə var, ona görə, ehtiyatlı olmaq lazımdır.
Gender.Az xəbər verir ki, kardioloq Andrey Melnikov bu dərmandan asılılıq yarandığını bildirib.
“Korvalol həqiqətən təşviş və həyəcana qarşıdır, amma o sakitləşdirici təsir edir, heç bir müalicəvi təsiri yoxdur.
Nəzərə alın ki, korvalolun əks-təsiri demensiya riskidir.
Nə korvalol, nə digər damcılar əsəb və ürək xəstəliyini müalicə etmir. Pasiyentlər həkimsiz bunları alıb sərbəst içir, amma bununla da stenokardiya, real ürək xəstəliyi ilə nevrozu ayırd edə bilmir, simptomları ört-basdır edirlər”.
Bundan öncə Avstaliyalı nevroloq Metyu Peys demensiyanın qarşısını almaq üçün yuxunun dərin fazasının rol oynadığını bildirmişdi.
Məhz dərin yuxu fazasında beynin zərərli materiallardan filtrasiyası baş verir. \\Medicina.Az

Tarix: 04 noyabr 2023
Baxış: 157

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş