Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Qanın qatılaşdığını göstərən ən birinci əlamət

Çox insanlarda orta yaşdan artıq qan qatılaşmağa başlayır. Lakin bunu araşdırmaq barədə düşünmür.
Terapevt Aleksey Xuxrev qatı, laxtalı qanın ilkin əlamətini, necə hiss etməyi açıqlayıb.
“Susuzluq hissi, güclü yanğı ən əsas siqnallardan biridir. Eləcə də çox tərləyib maye itirənlərdə, həddən artıq duz qəbul edənlərdə qan qəfil qatılaşır.
Qanın axıcılığını təmin edən mayedir. Müəyyən xəstəliklər zamanı insan tər, ishal, qusma ilə maye itirir. Ona görə bu müddətdə itirilmiş mayeni bərpa etmək çox vacibdir. Orqanizmdə su azdırsa, ümumi dövr edən qanın həcmi azalır, orqan və toxumalarda qan və oksigen çatışmazlığı yaranır.
Az maye olduqda qaraciyər, böyrəklər də normal işləmir, tullantı qalıqlar sidik və damarlarda qalır.
Qan uzun müddət qatı olarsa, tromb yaranır. Buna qarşı dərmandan öncə müəyyən profilaktik içkilər var. Giləmeyvə dəmləmələri, qarağat, böyürtkən morsları, kompotları, yaşıl çay, limonlu su, kakao sınaya bilərsiz”.
Qeyd edək ki, qan qatılığını asanlıqla 1-2 analizlə təyin etmək olur. \\Medicina.Az

Tarix: 12 oktyabr 2023
Baxış: 160

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş