50 yaşda qəfildən arıqlama, bənizin ağarması, əzginlik qaraciyərdə sirozun başlandığını göstərə bilər.
Hepatoloq Nataliya Vasilyeva sirrozun son mərhələyə qədər aşkar simptom vermədiyini
bildirib.
“Sirroz zamanı sağlam toxuma funksiya göstərməyən birləşdirici toxumaya çevrilir. Sirroz virus xəstəlikləri, alkoqol və dərman, eləcə də autoimmun patologiyalardan yarana bilər.
Ürək-damar sistemində problem olanların da qaraciyəri sıradan çıxa bilir.
Daha çox 50 yaşda bu xəstəlik son mərhələyə çatdığı üçün bu yaş həddi təhlükəlidir. Sirroz diaqnoz olunan xəstələr 70% halda kişilərdir.
Xəstə əzgindir, yuxuludur, arıqlayır, dəridə qaşınma olur, dəri ağarır, damar ulduzcuqları yaranır, ovuc içi saralır”. \\Medicina.Az