Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Bu 3 vitamin virusla mübarizə aparmağa kömək edir - AÇIQLAMA

Virus infeksiyalarının sayı artır, qrip dalğası yaxınlaşır və koronavirusa yoluxma halları artır. Həkimlər peyvənd olunmağı və profilaktik tədbirlərin gücləndirilməsini tövsiyə edirlər. Effektivliyi sübut edilmiş üç vitamin var ki, onlar viruslarla mübarizə aparmağa kömək edirlər.

Bu barədə rusiyalı həkim-diyetoloq Marina Şestakova bildirib.

Əgər tez-tez ictimai yerlərdə olursunuzsa, özünüzü viruslardan tamamilə qorumaq çətindir, lakin ekspertlərin məsləhətlərinə əməl etsəniz, xəstəliyi yüngül keçirə bilərsiniz. Həkim vitaminləri unutmamağı məsləhət görür. Onlardan üçünün daha təsirli olduğu təsdiq edilib və kəskin respirator virus infeksiyaları mövsümündə xəstələnməməyə kömək edir.

“Virus infeksiyalarının artması zamanı bizi və uşaqlarımızı qoruyacaq vitaminlər var. Onların effektivliyi sübut olunub. Onlar özlərini daha əvvəlki epidemiyalar zamanı çox yaxşı göstəriblər”, - deyə Marina Şestakova bildirib.

Birinci yerdə D vitaminidir. Əslində, testdən keçmək və bu vitaminin səviyyəsini öyrənmək daha düzgündür. Onun səviyyəsi qanda 60-dan aşağı olmamalıdır. Profilaktik məqsədlər üçün D vitamini həkim tərəfindən təyin edildiyi qaydada qəbul etmək daha yaxşıdır.

İkinci yerdə sinkdir. Bu, qidada çox az olan, lakin immunitetimizə kömək edən çox vacib mineraldır. Sink 1-2 ay ərzində yemək zamanı qəbul edilməlidir, onu dozası da mütəxəssis tərəfindən təyin edilməlidir.

Üçüncü yerdə isə virusların bədənimizdə aktivləşməsinin qarşısını almaq üçün hər gün bizə lazım olan əsas antioksidant - C vitaminidir. Onun dozası ilə diqqətli olmalısınız, çünki bu vitaminin həddindən artıq qəbulu da insan orqanizmi üçün zərər verə bilər. \\Saglamolun.Az
Tarix: 30 sentyabr 2023
Baxış: 196

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş