Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Ölümcül təhlükəli təzyiq hansıdır?

Kardioloq Diana Derevyankina arterial təzyiqin ölümcül göstəricilərini açıqlayıb.
Gender.Az xəbər verir ki, həm aşağı hədd hipotoniya, həm də ən yuxarı həddə hipertoniya ölümlə nəticələnə bilər.
“Ölümcül təhlükə təzyiqin kəskin, birdən oynaması və qəfil yüksək rəqəmlərə qalxması zamanı olur.
Yüksək təzyiq beyində insult, ürək infarktı, böyrəklərin iflası, göz torunun zədələnməsinə səbəb ola bilər.
Ən təhlükəli hədd 180/100-ə olan təzyiqdir. Bundan yuxarı təzyiq təxirə salınmaz tibbi yardım və müdaxilə tələb edir.
Uzun müddət təzyiq xəstələri belə yüksəlmələri hiss etməyə bilər, bir neçə dəfə vəziyyət ötüşür, amma təzyiq xəstələri bu əlamətlərə diqqət etməlidir: təkrarlanan güclü baş ağrısı, başgicəllənmə, səntirləmə, qulaqda qəfil küy, ürəkbulanma, sinədə ağrı, sıxılma.
Çox yüksək təzyiqi evdə özbaşına salmağa cəhd etməyin, mütləq kardiobriqada çağırışı edin”. \\Medicina.Az

Tarix: 21 sentyabr 2023
Baxış: 206

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş