Biz adətən dərmanları xeyir versin deyə istifadə edirik. Orqanizmin sağalması və ya hansısa ağrını dayandırmaq üçün istifadə edilən dərmanlar bəzən zərər də verə bilər. Bəs bunu biz necə bilməliyik? Bunun üçün ən yaxşı vasitə həkimlə məsləhətləşməkdi. Adi baş ağrısı üçün istifadə etdiyimiz dərmanlar belə zərərli ola bilər.
Gender.Az-ın məlumatına görə, Saglamolun.az bu dəfə dərmanların qida ilə birlikdə istifadəsini araşdırıb:
Təzyiq dərmanı istifadə edənlər
Təzyiq dərmanlarının ən əhəmiyyətli rolu bədəndəki kaliumu tənzimləməkdir. Bu dərmanları kalium anbarı olan banan ilə qətiyyən qəbul etmək olmaz.
Cinsi gücü artıran dərmanlarla birlikdə qreyfrut yemək çox təhlükəlidir.
Bədənimiz üçün çox faydalı olan qreypfrut cinsi gücü artıran dərmanlarla birlikdə istifadə edildikdə infakt riskini artırır.
Antidepressant dərmanları istifadə edərkən bu qidaları qəbul etməkdən çəkinin.
Köhnə pendir, kolbasa, sosiska, əncir, kələm turşusu, toyuq və ya dana ciyəri kimi qidaları antidepressant dərmanlarla birlikdə istifadə etmək olmaz.
Qanazlığının müalicəsində istifadə edilən dəmir tərkibli dərmanları kalsium ilə zəngin qidalarla qəbul etmək məsləhət deyil.
Süd və süd məhsulları, doşab, küncüt, fındıq, fıstıq, quru yemişan, yaşıl yarpaqlı tərəvəzlər ilə eyni anda istifadə etməyin. Ən az 2 saat sonra qəbul edin.
Penisillin və antibiotikləri istifadə edərkən mədənizə zərər verə bilərsiniz.
Meyvə suları, kofein, pomidor kimi turşulu qidalarla istifadə etməyin.
Ürək dərmanlarının təsirini azaldan qidalar var.
Yulaf, kəpəkli çörək kimi bol lifli qidalar ürək dərmanlarının təsirini aşağı salır.
C vitamini istifadə edərkən süd içmək olmaz.
Süd, c vitaminin sorulmasına mane olur.