Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Çiy suyun sağlamlığımız üçün faydaları - Bunu hər kəs bilməlidir!

Böyük şəhərlərdə yaşayan insanların əksəriyyəti qaynanmış su içir. Mütəxəssislərin fikirinə görə, bu çox pis vərdişdir.
Gender.Az sağlamolun.az-a istinadən xəbər verir ki, təmiz çiy suyun tərkibində insan sağlamlığı üçün çox faydalı olan bir çox mineralların ionları var. Bu minerallar arasında: kalsium, maqnezium, natrium, kalium və s. Həmçinin suyun tərkibinə azot, oksigen, inert qazları da daxildir. Bu "diri" sudur. Bu su həm orqanizmə lazım olan mineralları bəxş edir, həm də orqanizmin hüceyrə səviyyəsində təmizlənməsinə, yenilənməsinə kömək edir.
Qaynanmış suyu isə bir çox mütəxəssislər "ölü su" adlandırırlar. Məsələ burasındadır ki, qaynanma zamanı suda tək mikroblar deyil, bütün faydalı maddələr də "ölür". Belə ki, minerallar həll olunmayan çöküntüyə çevrilir və orqanizm üçün faydasız olur, oksigenin miqdarı isə xeyli azalır.
Bu səbəbdən çiy suyun qəbulu insan sağlamlığı üçün daha faydalıdır. Lakin "çiy su" deyəndə mütəxəssislər kranlardan gələn suyu yox, xüsusi təmizlənmiş və dükanlarda butulkalarda satılan suyu və ya bulaq suyunu nəzərdə tuturlar. Bulaq suyu xüsusilə faydalı sayılır.
Dükanlarda butulkalarda satılan su tanınmış etibarlı istehsalçılar tərəfindən istehsal olunmalıdır. Bu halda bu suyun faydasından və təhlükəsizliyindən əmin olmaq olar. Lakin bu halda da suyu əlavə yoxlamadan keçirmək olar. İstehsalçını yoxlamaq üçün suyu xüsusi laboratoriyaya analiz üçün verə bilərsiniz. Su bütün lazım olan tələblərə cavab verərsə, bu istehsalçının suyunu əminliklə alıb içə bilərsiniz.
Lakin sizdə təmizlənmiş suyu və ya bulaq suyunu qəbul etmək imkanı yoxdursa, ən azından krandan gələn suyu düzgün qaynadın ki, onun tərkibi daha az dəyişilsin. Bunun üçün suyu təmiz qaba doldurun və 2 saat ərzində evdə saxlayın ki, su durulsun. Daha sonra suyu qaynadın.
Lakin suyun uzun müddət ərzində qaynamasına imkan verməyin, qaynama başlayan kimi çaydanı oddan götürün. Bu halda su həm dezinfeksiya olunacaq, həm də tərkibində olan mineralalların əksər hissəsi saxlanılacaq. Bu suyu uzun müddət ərzində saxlamayın və həmişə yalnız təzə su için.

Tarix: 16 sentyabr 2023
Baxış: 204

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş