Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Üzün qızarması – Qalxanvari vəzin xərçəngi

Qalxanabənzər vəzi xərçəngi zamanı üzün mümkün qızartıları barədə Böyük Britaniyanın Cancer Research təşkilatının mütəxəssisləri məlumat verib.
Gender.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, tiroid xərçəngi zamanı üz qırmızıya çevrilə bilər. Əksər hallarda qırmızı ləkələr, qızarma və ya yanma hissi ilə müşayiət olunur.
Xərçəngin tədqiqi ilə məşğul olan "Cancer Research UK" tibb təşkilatının mütəxəssisləri müəyyən ediblər ki, üzün belə qızarması qanda fosfor və kalsiumun nisbətini tənzimləyən hormon olan kalsitoninin həddindən artıq istehsalı ilə bağlıdır.
Hormonal balansda oxşar dəyişiklik medulyar tiroid xərçənginin inkişafı ilə baş verir.
Qalxanabənzər vəzidə bədxassəli şişlərin əmələ gəlməsi zamanı müşahidə oluna bilən digər əlamətlər tez-tez ishal və qeyri-iradi kilo itkisi, soyuqdəymə olmasa da öskürək, səsin dəyişməsi və xırıltıdır. \\Medicina.Az

Tarix: 31 iyul 2023
Baxış: 226

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş