Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
20 yaş cavanlaşdırır - Möcüzəvi qarışım

Yulaf suyunun möcüzəsi haqqında bəlkə də çox insan bilmir. Bu qarışım qanı yeniləyir, maddələr mübadiləsini normallaşdırır, böyrək fəaliyyətini yaxşılaşdırır, immunitet sistemini gücləndirir.
Ümumiyyətlə, bu qarışım bütün orqanizmi canlandırır.⠀
Yulaf suyunu necə hazırlamaq lazımdır:
Bunun üçün sizə qabıqlı və qabıqsız yulaf lazımdır. İki növ yulafı bərabər nisbətdə qarışdırın. Qabıqsız yulafı hətta tərkibindəki zəngin maddələri daha yaxşı həzm etsin deyə üyüdə də bilərsiniz. Alınan qarışıqdan 3 xörək qaşığı götürüb üzərinə  0,5 litr su tökün.
Daha sonra qarışımı ocağda qaynayana qədər gözləyin. Su qaynayan kimi dərhal ocağın atəşini azaldın. Bundan sonra yulafları yavaş atəşdə daha 15-20 dəqiqə qaynadın. Qarışımı tam soyutduqdan sonra tənzivdən süzün və yumşaq bir şəkildə sıxın.
Yulaf suyu hazırdır!
Susuzluq hiss etdiyiniz zaman bu qarışımdan için. Bu içkidən gündə təxminən 2 stəkan qəbul edə bilərsiniz. Elə ilk gündən orqanizmin necə fəallaşmasını, yorğunluğun yox olmasını və digər müsbət dəyişiklikləri öz gözlərinizlə görəcəksiniz.⠀
Hər zaman sağlam olun!

Bizim.Media
Tarix: 15 iyul 2023
Baxış: 205

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş