Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Hansı böyrü üstə yataq?- SAĞ, YOXSA SOL?

İnsanlar gecə ərzində dəfələrlə yer dəyişdirsələr də, nəhayət yatmağa qərar verdikləri bir istiqamət var. Yatdığımız istiqamətlər isə bir çox xəstəliklərdə bizə yardımçı ola bilər. Ümumiyyətlə mütəxəssislər sol tərəfdə yatmağın ümumi sağlamlıq üçün daha faydalı olduğunu düşünürlər.
Dietoloq Əli Ramazanın fikrincə sol böyrümüzlə yatdığımız zaman mədə və mədə şirəsi yemək borusundan aşağıda qalır. Bu o deməkdir ki, sol tərəfdə yatmaq mədə yanması və həzm narahatlığını azaltmağa kömək edə bilər. "Bu, həm də kürəyindəki təzyiqi azaldır və hamilə qadınların yatması üçün ideal üsuldur. Buna görə hamiləlik zamanı sol tərəfə uzanmaq ürək, döl, uşaqlıq və böyrəklər arasında qan axını asanlaşdıra, qaraciyərə olan təzyiqi azalda bilər. Ümumiyyətlə, xoruldayan, reflü olan, yüksək təzyiq və ya həzm problemlərindən əziyyət çəkən insanlar üçün də sol tərəf üstə yatmaq daha yaxşı ola bilər" deyə Əli Ramazan bildirib. 
Ürək xəstəliyi olanlar, sağ tərəfdə yatmağı daha rahat hesab edənlər özlərini məcbur etməməlidirlər. Yuxu mütəxəssislərinin fikrincə, bel ağrısı riskini azaltmaq və yaxşı yuxu almaq istəyənlər arxa üstə yatmağa da cəhd edə bilərlər. Digər tərəfdən yuxu mütəxəssisi Kiera Pritchard, fərdlərin yüzdə 74-nün yan üstə yatmağa, yüzdə 16-nın isə üzü üstə yatmağa üstünlük verdiyini ifadə edir. "Arxa üstə yatmaq ən çox tövsiyə olunan mövqedir, çünki kürəyinizdəki fəqərələr heç bir bükülmə və əyilmə olmadan təbii və neytral vəziyyətdə düzləşə bilər" deyir Prichard bildirib.
Arxa üstə yatmaq onurğa sütununuz üçün daha sağlam ola bilər, sağ tərəfdə yatmaq isə ürəyiniz üçün faydalıdır. Üzü üstə üstə yatmaq, onurğa sütununa stress qoyduğu üçün qeyri-sağlam hesab edilən yeganə mövqedir. \\Saglamolun.Az

Tarix: 07 iyul 2023
Baxış: 238

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş