Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Keyfiyyətli dondurmanı necə seçməliyik? - AYDINLIQ GƏTİRİLDİ

“Dondurmanın keyfiyyəti onun istehsalat prosesindən başlanır. Bunun üçün də avadanlıqların iş bitdikdən sonra təmizlənməsi, dezinfeksiya olunması əsas şərtlərdir. Çünki dondurma riskli qidalar qrupuna daxildir. Keyfiyyətli dondurma deformasiyaya uğramamış olanlardır”.
Gender.Az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.


Onun sözlərinə görə, çox vaxt generator təchizatı olmayan marketlərdə işıqlar söndükdə və ya dərin dondurucuda silkulyasiya getmədikdə dondurmalar əriyir: “Bu da bağırsaq çöplərinin meydana gəlməsi və müəyyən bakteriyaların çoxalması nəticəsində qida zəhərlənməsinə gətirib çıxarır. Ona görə də qida zəncirində yəni, daşınmasında, saxlanmasında və digər proseslərdə problemlərin ortaya çıxmaması üçün bunu təqib etmək lazımdır. Dondurmanı istehsal edən şirkət maraqlanmalıdır ki, məhsulu hansı şəraitdə saxlanılır. Yeri gəldikdə şirkət marketləri dondurucu ilə təmin etməlidir.
İstehlakçılar dondurma alarkən onun əriyib yenidən donmuş olmamasına diqqət yetirməlidir. Qablaşdırılmasında hər hansı bir sıxılma olmamalıdır və son istifadə tarixinə mütləq nəzarət olunmalıdır. Bundan əlavə ucuz dondurmaya üstünlük verməməklərini məsləhət görürəm. Çünki ucuz dondurmalarda müəyyən sıxılmalar ola bilər”.

Müəllif: Ləman Əlizadə

Tarix: 04 iyul 2023
Baxış: 1219

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş