Yeməyin dadını daha dadlı etmək üçün çoxlu inqrediyentlər əlavə olunur. Bu materialların bəzilərini əldə etmək çətin olduğundan, daha praktik həllərdən istifadə olunur. Ancaq yeməyin dadlı və praktik olması üçün istifadə edilən bu maddələr sağlamlığı böyük ölçüdə təhdid edir. Dünyanın ən zərərli qidası seçilən bu məhsul bir çox evdə var.
Budur, saysız-hesabsız xəstəliklərə səbəb ola biləcək qida...
Ət və toyuq bulyonları yeməklərin dadını və qida dəyərini artırır. Yeməklərin dadına dad qatmaq istəyənlər çox vaxt ət və toyuq şirələrindən istifadə edirlər. Bulyonların faydalı olduğunu düşünən insanlar yanılırlar. Mütəxəssislər ət və toyuq bulyonlarının sağlamlıq üçün böyük təhlükə olduğunu bildirirlər.
Bulyonların bu qədər zərərli olmasının səbəbi tərkibindəki Mono natrium glutamat (MSG) adlı əlavədir. Bulyonlarda olan və yeməklərə ət ləzzəti vermək üçün istifadə edilən MSG insanın mərkəzi sinir sistemini zədələyir. Alzheimer, Parkinson, epilepsiya və Huntington kimi xəstəliklərə səbəb olur.
Bulyonun tərkibindəki kimyəvi maddələrə görə orqanizm “Çin Restoranı Sindromu” adlı kollektiv reaksiyaya girir. Çin duzu olaraq bilinən bu məhsul həddindən artıq istehlak edildikdə yağ yığılmasına, doyma mexanizmində pozulmaya, piylənməyə, böyümə hormonunun zəifləməsinə, mədəaltı vəzin zədələnməsinə, insulinin artmasına və buna uyğun olaraq diabetə, böyrək və qaraciyərə zərər verir.\\Medicalmedia.az