Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Bu bitkini həkimlər tövsiyə edir – KEÇİBUYNUZUNUN FAYDALARII

Qida dəyəri çox yüksək olan keçibuynuzu kalium, kalsium, natrium, maqnezium və dəmir kimi minerallar və A, B, D və E vitaminləri ilə əslində ən müalicəvi qida qaynaqlarından biridir. Tərkibindəki bu faydalı maddələr sayəsində bədənimizə müsbət təsirləri düşündüyünüzdən də çoxdur. "Orqanizmə hansı təsirləri var?" Gəlin vaxt itirməyək və keçiboynuzu ilə bütün aspektləri ilə tanış olaq.
Orqanizmi toksinlərdən təmizləyir
Keçibuynuzu güclü antioksidant xüsusiyyətlərə malik olduğu üçün orqanizmi toksinlərdən təmizləməyə kömək edir və bədəni xəstəliklərdən qoruyur.
Hüceyrələrin bərpasına müsbət təsir göstərir
Keçiboynuzunun güclü antioksidant xüsusiyyətləri hüceyrələr üçün də faydalıdır və hüceyrələrdə olan zədələri daha tez bərpa etməyə kömək edən keçiboynuzu hüceyrə regenerasiyasını sürətləndirir.
Pis xolesterolu balanslaşdırmağa kömək edir
Keçibuynuzunun məşhur faydalarından biri xolesterin üzərində müsbət təsiridir. Pis xolesterolu salan keçibuynuzu bu təsiri sayəsində damar sağlamlığına da müsbət təsir edir.
Qan şəkərini balanslaşdırmağa kömək edir
Keçibuynuzu şirin dadı sayəsində şirniyyat yemək istəyinə qarşı istifadə edə biləcəyiniz ən təbii həll yollarından biridir və eyni zamanda qan şəkərinin yüksəlməsinin qarşısını alaraq qan şəkəri problemi olanlara dəstək olur.
Ürək-damar xəstəliklərindən qoruyur
Məlumdur ki, keçibuynuzu uzun müddətli, balanslı və müntəzəm istehlak ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır.
Bağırsaq sağlamlığını qoruyur
Keçibuynuzu bağırsaq hərəkətlərini tənzimləməyə kömək etməklə yanaşı, bu bölgələrdə görünən zərərli bakteriyaların böyüməsinin də qarşısını alır.
Tənəffüs yollarına xeyirlidir
Keçibuynuzu tərkibindəki vitamin və mineralların təsiri ilə qrip, soyuqdəymə, öskürək kimi tez-tez yaşanan sağlamlıq problemlərinin daha tez sağalmasına kömək edir.
Orqanizmi osteoporozdan qoruyur
Bol kalsium ehtiva etdiyi üçün keçibuynuzu xüsusilə irəli yaşlarda görülən osteoporoz kimi problemlərə qarşı sümük sağlamlığına müsbət təsir göstərir.
Ağız və diş sağlamlığını qoruyur
Tərkibində bir çox mineral olan keçibuynuzu bu maddələrdən aldığı güclə bədəni xüsusilə diş və diş əti problemlərinə qarşı qoruyur.
Arıqlamağa kömək edir
Keçibuynuzu pəhriz lifi ilə çox zəngin olduğu üçün uzunmüddətli toxluq hissi verir. Bu təsir sayəsində arıqlamaq istəyənlərə dəstək olduğu da bilinir.
Cinsi gücü artırır
Unutmayın ki, kişilərdə sperma sayı və keyfiyyətinin artmasına təsiri olan keçibuynuzu bu xüsusiyyəti sayəsində ən çox seçilən təbii məhsullardan biridir.
Keçiboynuzu necə istehlak olunur?
Keçibuynuzunu qaynadılmış suda 10 dəqiqə dəmləyib suyunu süzüb içə bilərsiniz. Bunlardan başqa, bazarda keçibuynuzu bəkməzi, keçibuynuzu unu və ya toz kimi müxtəlif formalarda da tapa bilərsiniz. Keçiboynuzu bəkməzini bütün digər bəkməz növlərini istifadə etdiyiniz kimi istehlak edə, unu ilə hər cür şirniyyat və xəmir hazırlaya bilərsiniz. Dadı və rəngi kakaoya bənzər olan keçibuynuzu tozunu ilıq südünüzə əlavə edərək içə bilərsiniz. \\Medicalmedia.az 

Tarix: 14 iyun 2023
Baxış: 217

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş