Hər cəhətdən sağlamlıq üçün faydalı olan milyonlarla qida maddəsi var. Ancaq bu qidaların bəziləri eyni anda yeyilməməlidir. Alternativ tibb mütəxəssislərinin xüsusilə xəbərdarlıq etdiyi bu qidalar eyni vaxtda istehlak edildikdə, zəhərlənmələrə, hətta ölümə səbəb ola bilər.
Birlikdə yeyilməsi tövsiyə edilməyən qidalar:
Süd və qırmızı ət
Zülal və kalsium anbarı olan bu iki qida eyni anda istehlak edildikdə immunitetin çökməsinə səbəb olur. Həddindən artıq protein yüklənməsinə səbəb olan süd və qırmızı ət ciddi fəsadlara yol açır.
Düyü və turşu
Hər iki qidada yüksək miqdarda salik turşusu var. Mütəxəssislər salin turşusunun yüklənməsinin hüceyrələrin sürətli bərpasına səbəb olduğunu vurğulayırlar. Faydalı görünsə də, düyü və turşu kimi qidaların eyni vaxtda istehlak edilməsi hüceyrə quruluşunun pozulmasına səbəb olur.
Soğan və sarımsaq
Hər ikisi antibiotiklə zəngin qidalardır. Mütəxəssislər tərkibində antibiotik olan dərmanlar qəbul edildikdə də bu qidaları yeməməyi tövsiyə edirlər.
Mürəbbə və bal
Səhər süfrələrinin əvəzolunmaz iki ləzzəti olan mürəbbə və bal qanda insulinin səviyyəsini artırır.
Qatıq və turp
Qatıq və turp eyni vaxtda istehlak edildikdə inanılmaz qaz ağrılarına səbəb olur. Bədən uzun müddət yığılmış qazı xaric edə bilmir. \\Saglamolun.Az