Vaxtından əvvəl doğulmuş körpələrdə göbək kəsilmədən əvvəl 60 saniyə gözləmək lazımdır. Bu üsulla vaxtından əvvəl doğulan hər 20 körpədən biri böyük xəsarət almadan sağ qalacaq.
Yeni bir araşdırmaya görə, yeni doğulmuş körpənin göbək kordonunu sıxmaq üçün cəmi 60 saniyə gözləmək vaxtından əvvəl doğulmuş körpələrin sağ qalma şansını artırır.
Yeddi ölkədə 25 xəstəxanada aparılan təcrübələr göstərib ki, bu üsul sayəsində körpənin ilk iki il ərzində ölüm və əlillik riskini azaldır.
Avstraliyanın Sidney Universitetinin rəhbərlik etdiyi tədqiqat qrupu doğulduqdan iki il sonra qeydə alınan 1600 vaxtından əvvəl doğulmuş körpənin sağlamlıq məlumatlarını təhlil edib.
Tədqiqatçıların fikrincə, kordonu bağlamadan bir dəqiqə gözləmək körpələrin oksigen səviyyəsini yaxşılaşdırıb və infeksiyaları nəzarət altında saxlayıb.
Çünki bu yolla tərkibində qırmızı qan hüceyrələri, immun hüceyrələr və kök hüceyrələr olan plasentadan körpənin bədəninə qan axını daha uzun müddət qorunub.
Bir çox doğuşlarda göbək kordonunun kəsilməsi və körpənin plasentadan ayrılması adi haldır. Bu prosedurda şnur adətən əvvəlcə steril sıxacla sıxılır. Körpənin göbəyinə bağlı kiçik bir hissə bir neçə gün qala bilər.
Əvvəlki araşdırmalar da bu prosesin gecikdirilməsinin körpələrin ilk günlərində sağ qalmasına kömək edə biləcəyinə diqqət çəkmişdi.
“The Lancet Child and Adolescent Health” jurnalında dərc edilən araşdırma bir addım irəli gedərək, iki il ərzində təxminən 10 həftə vaxtından əvvəl doğulan körpələri izləyib.
Tədqiqatda iştirak edən xəstəxana işçilərinin təxminən yarısı körpələrin göbək bağlarını kəsməzdən əvvəl 60 saniyə gözləyib. Digərləri bunu doğumdan sonra 10 saniyə ərzində ediblər. Təqdiqatdan sonra məluma olub ki, sıxacın gecikdirilməsi yeni doğulmuş körpənin erkən uşaqlıq dövründə ölmə və ya ciddi əlilliyə məruz qalma riskini 17 faiz azaldır.
medicalmedia.az