Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Kişilərdə cinsi zəifliyi aradan qaldıran QÜVVƏT MƏCUNU - 1001 dərdin dərmanı

Bu məcunun çox adı vardır, məsələn, “məcuni-qüvvət”, “kişilik məcunu”, “əsmə məcunu” və s., çünki bu məcun bədən zəifliyi ilə gedən bütün xəstəliklərə şəfadır.
Məcun kişilərdə cinsi zəifliyi, əllərin, ayaqların əsməsini aradan qaldırır, insanı sağlam kökəldir, solmuş bənizlərin rəngini yaxşılaşdırır, öskürəyi və bəlğəmi aradan qaldırır. Həqiqətən 1001 dərdin dərmanıdır.
Qüvvət məcunu üçün lazım olan ərzaqlar:
Sarımsaq (yerli) – 0,5kq
Süd (mağaza südü olmaz) – 1.5 kq
İnək yağı (duzsuz nehrə yağı) – 1 kq
Bal – 1 kq
Zəncəfil – 2 xörək qaşığı
Darçın –1 xörək qaşığı
Hindistan qozu (kokos) – 4 ədəd
Cirə – 2 xörək qaşığı
Udi hindi – 1 xörək qaşığı
Mixək – 1 çay qaşığı/
Qovrulmuş kəpəkli un – 1 kq
Qüvvət məcununun hazırlanması:
Sarımsaq sürtkəcdən keçirilir, qaynamaqda olan südün içinə tökülür, üstündə 5 dəqiqə qaynadılır, sonra un əlavə edilir, yağ əlavə olunub daha 5 dəqiqə qaynadılır, oddan götürülüb dərhal bal əlavə olunaraq qarışdırılır, saydığım bitkilər toz formasında qarışığa əlavə olunub yaxşıca qarışdırılır. Bu məcundan gündə 3 dəfə yeməkdən əvvəl bir xörək qaşığı yeyilir.


fizulihuseynov 

Tarix: 05 iyun 2023
Baxış: 287

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş