Erməni "tarixçi" qəzəbindən az qala özü partlasın, yaxşı ki, pencəyi partlayıb.
Ermənilərin ictimai xadimi. tarix elmləri namizədi, Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Qriqoriy Ayvazyan erməni telekanallarının birinin efirində qonaq olub. Azərbaycanlıların gülüş hədəfinə çevrilər "Qrişa" yenə gülünc "açıqlama" verib.
O, Şuşa şəhərinin yanından keçərkən Azərbaycan və Türkiyə bayraqlarını görüb və bu, onu "havalandırıb".
"Mən Şuşanın yanından keçəndə Azərbaycan və Türkiyə bayraqlarını gördüm. Onlar heç vaxt məqsədlərinə çatmayacaqlar", - deyə Qriqoryan çərənləyib.
Ən maraqlı məqam isə, azərbaycanlılara "xox" gələn bu erməniciyəzin pencəyinin çiynində sökülmüş yerdən astarın görünməsi olub.
Şəbəkə istifadəçiləri "Qrişa"nın öz hikkəsindən pençəyinin partladığını yazıblar.
Məqaləyə dair fotomateriallar:
Konkret.az