Redaktor seçimi
    "Ermənistan öhdəlikləri yerinə yetirmir" - Ceyhun Bayramov
Xəbər lenti
Reklam
MHP liderindən möhtəşəm QARABAĞ AÇIQLAMASI - Azərbaycana dəstək

"Türkiyə sonadək Azərbaycanla birlikdə olacaq".
Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib.
"Qarabağda təxribat törədən, qardaşlarımızın qanını tökən qatillər türkün əzəmətinə qarşı dura bilməzlər. Qarabağ Azərbaycandır, Qarabağ ata yadigarıdır. Qarabağ türk yurdudur", - Milliyyətçi Hərəkat Partiyasının sədri vurğulayıb.
"Can qardaşlarımız nə vaxt və harda istəsələr, polad bilək olacağıq eyni mövqedə ətdən divar çəkəcəyik. Ankara ilə Bakının taleyi eynidir. Türkü türkdən ayıracaq nə bir sərhəd, nə bir maneə var. Biz bir millət, iki dövlətik, vücudumuz ayrı olsa da, ruhumuz birdir.
Qarabağda şəhid olan əsgərlər bizimdir. Rəhmət və ehtiramla yad etdiyimiz şəhidlər bizim şəhidlərimizdir. Alınacaq qisas, sorulacaq hesab namusumuza əmanətdir", - Dövlət Baxçalı qeyd edib. \\Milli.Az

Tarix: 20 sentyabr 2022
Baxış: 380

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}