Xəbər lenti
Reklam
Armen Aşotyan: "Brüssel və Moskvada Azərbaycan və Ermənistan liderlərinin görüşü hazırlanır"

“Brüssel və Moskvada Ermənistan və Azərbaycan liderlərinin görüşü hazırlanır”.
Bunu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan avqustun 16-da jurnalistlərlə görüşündə deyib.
O bildirib ki, həm Brüssel, həm də Moskva Ermənistan və Azərbaycan liderlərinin görüşünə hazırlaşır.
Aşotyan əmin edib ki, Brüssel bunu edir, eyni şeyi Moskvanın bəyanatlarından da görmək olar.
“Gündəlikdə nə var bilirikmi? Brüsseldə nə qədər görüş oldu, ondan sonra bir əsir də qaytarılmadı? Paşinyan hətta buna edə bilmədi”, – deyə Aşotyan qeyd edib.
O, imzalanmış sənədləri deyil, Paşinyanın verdiyi vədləri təhlükəli adlandırıb.
“Laçın ətrafında gedən proseslər xəyanətdir. Hakimiyyət bildirib ki, 9 noyabr bəyanatının icrası təhlükəsizliyimizin təminatıdır. Ancaq Laçının təslim olmasının nəzərdə tutulmadığını nəzərə alsaq, bunu da bacarmadılar. Camaat Azərbaycanın yol çəkdiyini xəbərdar edəndə hakimiyyət müxalifəti Azərbaycan gündəminə xidmət etməkdə ittiham etdi. İndi də Laçının təslim olmasına Zəngəzur dəhlizini verməməyi arqument gətirirlər”, – deyə Armen Aşotyan vurğulayıb. \\KONKRET.az

Tarix: 16 avqust 2022
Baxış: 419

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş