Redaktor seçimi
    İntim videosu yayılan Zaur Mirzəyev kimdir və əxlaqsızlıq hansı otaqda baş verib? – YENİ FAKTLAR
Xəbər lenti
Reklam
Blinken Əliyev və Paşinyanla telefon söhbəti: Vaşinqton nəyə nail olmaq istəyir?

"ABŞ-ın indiki məqamda həm Ermənistan, həm də Azərbaycana dair fərqli maraqlarının olduğu Blinkenin İlham Əliyev və Nikol Paşinyanla telefon söhbətində toxunduğu məqamlardan hiss olunur".
Gender.az xəbər verir ki, bu fikirlər politoloq Turan Rzayevə məxsusdur. Politoloq deyir ki, Blinken Əliyevlə telefon danışığı zamanı isə əsasən bu yaxınlarda Azərbaycan ilə Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyəti və ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında nəqliyyat bağlantılariının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyi göstərməyə hazır olması kimi məsələlər müzakirə edilib. Yəni ABŞ indiki məqamda Ermənistanla təmasları əsasən Ermənistan-Türkiyə münasibətlərinin normallaşması kontekstində Azərbaycan ilə isə Avropanın enerji təminatı kontekstində formalaşdırır.


"ABŞ hazırda çalışır ki, Ermənistan Kremlin orbitindən xilas olub Qərbə inteqrasiya etsin. Bunun üçün Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ən önəmli şərtdir.
Prinsip etibarilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında rəsmi İrəvan razıdır. Türkiyəyə gəldikdə isə rəsmi Ankara topu dolayı yolla Bakının üzərinə atır. Misal üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün çıxışında bu məsələ ilə bağlı qeyd etdi ki, “Ermənistanla münasibətləri Azərbaycanla razılaşdıraraq inkişaf etdiririk. Əvvəldən bizim "qırmızı xətt"imiz Azərbaycan idi. Azərbaycan məsələsi həll olunandan sonra qapımızı açacağımızı dedik. Biz Ermənistanla normallaşma prosesində ciddi və qətiyyətliyik" deyib.
Göründüyü kimi, rəsmi Ankara bu məsələdə ənənəvi olaraq Azərbaycan maraqlarından çıxış edir. Bununla belə Ərdoğanın “Azərbaycan məsələsi həll olunandan sonra qapımızı açacağıq” deməsi sərhədlərin açılmasında Ankara da maraqlı olmasında xəbər verir".
Turan Rzayevin fikrincə Blinken-Əliyev telefon danışığında diqqət çəkən məqamlardan birincisi, ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyin göstərilməsinə hazır olduqlarını ifadə etmələridir.
"Hesab edirəm rəsmi Vaşinqton bu məsələdə dəstəyi sadəcə iki ölkə münasibətlərinin normallaşması kontekstindədir. ABŞ üçün iki ölkə arasında gərginliyin bitməsi münasibətlərin normallaşması vacibdir. Bunun xaricindəki məsələlər misal üçün Zəngəzur dəhlizinin açılması Vaşinqtonun maraq dairəsində deyil. ABŞ bu məsələyə ”nəqliyyat bağlantılarının və kommunikasiyaların açılması” kimi yanaşaraq imitasiya edir. Yəni o nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasını istəyir, lakin bunun bir dəhliz halında olmasını istəmir.
İkincisi, söhbət zamanı bu yaxınlarda Azərbaycan ilə Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyəti qeyd olundu. Aydındır ki, ABŞ və Avropa İttifaqı gələcək beş il ərzində Rusiya qazından asılılığı sıfıra endirmək niyyətindədir. Bu istiqamətdə alternativ ölkələr ilə təmaslar intensivləşib. Azərbaycan da həmin alternativ ölkələr sırasındadır. Azərbaycanla enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumu da mahiyyət etibarilə buna xidmət edəcək".
T.Rzayev onu da qeyd etdi ki, rəsmi Vaşinqton, hətta mövcud boru kəmərlərinin həcmini artırmaq, yeni layihələrin ərsəyə gəlməsi üçün investisiya maliyyə dəstəyi də təmin edə bilər.

Tarix: 26 iyul 2022
Baxış: 793

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}