Paşinyan qələmi “oğurlayıb”. “Hayastan” fondunun Himayəçilər Şurasının bu gün keçirilən iclasında maraqlı məqam baş verib.
Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan iclasda idarə heyətinin stolunun üstündə qələm tapıb. O, uzun müddət qələmə tamaşa etdikdən sonra xoşuna gəldiyini anlayıb və ehtiyatla pencəyinin içəri cibinə qoyub. Qeyd edək ki, Nikol Paşinyan İrəvanda keçirilən “Hayastan” ümumerməni fondunun Himayəçilər Şurasının 31-ci iclasında iştirak edir. İclasda Fondun 2021-ci il üzrə fəaliyyəti haqqında hesabat təqdim olunur. Həmin kadrları təqdim edirik: