Redaktor seçimi
    Poroşenko məhkəmədə yuxuladı - VİDEO
Xəbər lenti
Reklam
“Arvadıma dedim, əxlaqsızlıq edirsən, dedi, özün…” – Şok təfərrüat
                                                                 Zərdab rayonunda 1965-ci il təvəllüdlü Məhərrəm Aslanov qısqanclıq zəminində 1968-ci il təvəllüdlü arvadı Rəhilə Aslanovanı boğaraq öldürüb.

Gender.az
teleqraf.com-a istinadən bildirir ki, Məhərrəm 1 mart 2021-ci ildə səhər saat 07.30-da Zərdab şəhərindəki evində arvadı Rəhilənin bir neçə il əvvəl başqa kişilərlə intim münasibətdə olmasını, yüngül həyat tərzi keçirməklə onu və ailə üzvlərini el arasında rüsvay etməsini güman edib.


O, qısqanclıq zəminində arvadını öldürmək qərarına gəlib.
Məhərrəm evin yataq otağının çarpayısında uzanıqlı vəziyyətdə olan Rəhilənin üzərinə çıxıb və dizləri ilə onun qollarını saxlayıb, daha sonra əxlaqsızlıqları ilə onu rüsvay etdiyini bildirib.
Daha sonra arvadını ağız və sinə nahiyəsinə bir neçə dəfə yumruqla vurub, əlləri ilə boğaz nahiyəsini təxminən iki dəqiqə müddətində sıxaraq onu boğub.


İstintaq orqanı tərəfindən Məhərrəmin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məhərrəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 5-6 il əvvəl mərhum tanışı Tacəddin ona həyat yoldaşı Rəhilənin əvvəllər əxlaqsızlıq etdiyini deyib: “Bu barədə həyat yoldaşım Rəhilədən soruşdum. Lakin Tacəddinin dediyini ona söyləmədim. Rəhilə isə mənə “başqasından niyə soruşursan, get elə Tacəddindən soruş” şəklində cavab verdi. Mən də Rəhiləyə bu barədə mənə elə Tacəddinin dediyini bildirdim.


Həmin vaxt Rəhilə yaxşı etdiyini, mənim özümün axşam gedib, sabah gəldiyimi bildirdi. Həyat yoldaşımın işlətdiyi həmin ifadədən sonra uşaqlarımın böyüməsini gözlədim”. 
Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra həyat yoldaşı Rəhilənin cəzasını verəcəyini düşünüb.

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində yetkinlik yaşına çatmayan qızı ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxs atası, mərhum isə anasıdır: “Evimizdə hər hansı problem, söz-söhbət olmayıb. Atam işləyib pul qazanıb, bazarlıq edərək evə gətirib. Anam isə ev işləri ilə məşğul olub, yemək hazırlayıb. Normal ailə kimi yaşamışıq. Özüm harasa gedəndə anama deyən zaman anamı ona əvvəlcə atamdan icazə almağımı bildirib. Hətta xalamgilə gedəndə belə icazə alaraq getmişik. Yəni biz elə ailə olmamışıq ki, harasa icazəsiz gedək və ya saymamazlıq edək. Anamın haqqında deyilənlərin isə hamısı yalandır”.


Hüquqi varis qeyd edib ki, atası anasını günahsız yerə öldürüb. O, özünün atası ilə barışıb-barışmadığını deyə bilmədiyini qeyd edib. O, atasına layiqli cəzası nədirsə, onun da təyin olunmasını xahiş edib.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhərrəm 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Gender.az
Tarix: 04 yanvar 2022
Baxış: 267

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]