Redaktor seçimi
    “Nikol Paşinyan xarici siyasət kursunu dəyişir...” “MEYDAN” (“QRAPARAK”) BELƏ YAZIR
Xəbər lenti
Reklam
Üçüncü Dünya müharibəsi başlanacaq - Lukaşenko təhdid etdi

Üçüncü Dünya müharibəsi başlana bilər. Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib. Onun sözlərinə görə, Avropa dövlətlərinin Rusiya, Belarus və Çinə qarşı hibrid hücumları müharibəyə gətirib çıxara bilər.

Qərb dövlətlərinin Belarusun daxili işlərinə qarışdığını, ölkədə çevrilişə cəhd etdiyini deyən Lukaşenko bunun, əvvəl-axır qlobal miqyaslı müharibə ilə nəticələnəcəyini deyib. Onun sözlərinə görə, müharibənin tərəfləri Belarus, Rusiya və Çin olacaq.

Prezident əlavə edib ki, Avropa dövlətləri deyərkən, “ağılsız siyasətçiləri” nəzərdə tutur.

Dövlət başçısı, Avropa dövlətlərini ABŞ-ın müstəmləkəsi adlandırıb və onların rəsmi Vaşinqtonun yürütdüyü siyasətin girovuna çevrildiklərini qeyd edib. \\Bizim.Media
Tarix: 21 iyul 2021
Baxış: 72

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]