Redaktor seçimi
    DSMF-dən vətəndaşlara xəbərdarlıq...
Xəbər lenti
Reklam
Koçaryan-Sarkisyan cütlüyünün məhvi - VİDEO

Ermənistanda seçkilər bitdi və nəticələrə əsasən, Robert Koçaryanın “Ermənistan” bloku Nikol Paşinyanın “Mülki Müqavilə Partiyası”na uduzdu.
Əsasən bu iki nəfərin rəqabəti üzərində gedən seçki prosesinə Serj Sarkisyan da “Şərəf duyuram” bloku ilə qatıldı, amma yetərincə səs toplaya bilmədi.
Bütün bunlar onu deməyə əsas verir ki, ciddi sosial-iqtisadi problemlər Ermənistan cəmiyyətini ayağa qalxmağa və R.Koçaryan-S.Sarkisyanın simasında onilliklərlə insanları düşmənçilik ab-havasına kökləyərək ölkəni və xalqı qarət edən sistemi tarixin arxivinə göndərməyə məcbur etdi. Odur ki, Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri Azərbaycanın və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin qələbəsidir. Çünki İlham Əliyev R.Koçaryan və S.Sarkisyanı təkcə hərb meydanında deyil, həm də siyasi meydanda məhv etdi.
Parlament seçkilərində Koçaryan-Sarkisyan cütlüyünün məğlubiyyəti bir də onu sübut etdi ki, Qarabağsız “Qarabağ klanı” artıq Ermənistanda heç kəsə lazım deyil. 2016-cı ilin aprelində Azərbaycan ordusuna məğlubiyyət Sarqsyan rejiminin sonu oldu, 2020-ci il müharibəsində məğlubiyyət isə revanşistlərin hakimiyyətə qayıdış yolunu birdəfəlik kəsdi.
Paşinyanın bu seçkilərdə qalib gələrək yenidən baş nazir postunu qazanmasına gəlincə, əslində bu, Azərbaycan cəmiyyəti üçün gözlənilən idi. Azərbaycanla 44 günlük müharibədən dərs çıxaran Ermənistan cəmiyyəti müharibədən bezdiyini, sülh, sabit, təhlükəsiz yaşamaq və iqtisadi inkişaf istədiyini nəhayət ki, anladı. Çünki Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti nəticəsində Ermənistan regionun siyasi və iqtisadi həyatından kənarda qaldı, ölkənin iqtisadiyyatı çökdü, əhalinin sosial durumu ağırlaşdı, Ermənistan xarici yardımdan asılı vəziyyətə düşdü. Bununla yanaşı onlar ölkələrində alternativ namizədin olmadlğını da aydın gördülər. Odur ki, Paşinyan bundan sonra öz ölkəsində insanların tənəsinə tuş glməmək üçün verdiyi vədləri yerinə yetirmək məcburiyyətində qalacaq.

Odur ki, Ermənistanın regiondakı layihələri dəstəkləməkdən başqa çıxış yolu qalmayıb.
Qeyd edək ki, seçkinin nəticələrinə əsasən, Nikol Paşinyanın “Mülki Müqavilə Partiyası” 53,92 % səslə qalib gəlib. Robert Koçaryanın “Ermənistan” bloku 21,04 %, Serj Sarkisyanın “Şərəf duyuram” bloku 5,23 %, digər partiyalar isə daha aşağısəs topıaya bilib. \\REAL

 
 
Tarix: 21 iyun 2021
Baxış: 132

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş