Xəbər lenti
Reklam
Azərbaycanlıların evlərini zəbt edənlər Ermənistanda QAÇQIN STATUSU ALA BİLMİR

Azərbaycan işğal altında olan torpaqları geri qaytaranda həmin ərazilərdə ötən əsrin 90-cı illərindən azərbaycanlıların evlərini ələ keçirmiş ermənilər yaşayış yerlərini tərk etməyə başladı. Zəngəzura, İrəvana üz tutan çox oldu. Azərbaycanlıların evlərində həmişə yaşaya biləcəyinə ümid edənlər birdən-birə böyük çətinliklə üzləşdi. Üstəlik, onlar ümid etdiyi qaçqın statusunu ala bilməmək reallığıyla qarşılaşdı.
Paytaxt İrəvanda bununla bağlı bir neçə dəfə etiraz aksiyası olub. Azərbaycan torpaqlarından çıxan Ermənistan vətəndaşları status tələbini ortaya qoyur. Hökumət isə bunun üçün hüquqi əsas olmadığını bildirir.
“Hüquq özbaşınalığına qarşı” təşkilatının rəhbəri Larisa Alaverdyan həmin şəxslərin tərəfindədir. Hüquq müdafiəçisi prosesin beynəlxalq konvensiyalara uyğun tənzimlənməli olduğunu bildirir. “Onlara status vermirlər. Halbuki Ermənistan hökumətinin yardımlarını alırlar. Belə qeyri-müəyyən vəziyyət yaranıb”.
Alaverdyan deyib ki, Qarabağdan gələnlər böyük çətinliklərlə üzləşib. Çünki necə davranacaqlarını bilmirlər. Tez-tez yaşayış yerlərini dəyişirlər.
“Onları narahat edən suallara cavab tapa bilmirlər. Buna görə də çoxu ölkəni tərk etmək haqqında düşünür”.
Başqa bir hüquq müdafiəçisi Geqam Stepanyan Ermənistan mətbuatına müsahibəsində deyib ki, Qarabağdan gələnlər çox təhqir olunur. Onun dediyinə görə, azərbaycanlıların evlərini tərk edənlərə xeyli pis münasibət var.
“Onlara deyirlər ki, qayıdın Qarabağa. “Qarabağlılar vuruşmadı” ifadəsini işlədirlər. “Qarabağlılardan canımız nə vaxt qurtaracaq?” sualını verirlər. Erməni xalqı daxili düşmənçilik meylləri ilə üzləşib”.
Stepanyan belə ifadələri bəzən siyasətçilərdən eşitdiklərini bildirib. Hüquq müdafiəçisi Qarabağdan gələnlərə pis münasibətin yolverilməz olduğunu söyləyib: “O insanlar həmişə özünü təhlükədə hiss edir”.
Gəlmələrin hüquqlarını fəal qoruyan Larisa Alaverdyan Bakıda doğulub. O, əvvəlcə 3 saylı uşaq bağçasında işləyib. Azərbaycan Pedaqoji Universitetini bitirəndən sonra orta məktəbdə riyaziyyatdan və rəsmdən dərs keçib. Alaverdyan hələ SSRİ dövründə Bakıdan gedib. \\Bizimyol

Tarix: 21 iyun 2021
Baxış: 149

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş