Redaktor seçimi
    Zəngəzur dəhlizi tezliklə açılacaq - PAŞİNYAN BUNA MƏCBURDUR
Xəbər lenti
Reklam
Ombudsman Aparatından erməni cinayətləri ilə bağlı VİDEOÇARX

Videoçarxda Ermənistanın azərbaycanlılara qarşı cinayətləri sadalanır
 
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tərəfindən Ermənistan rəhbərliyinin uzun illər azərbaycanlılara qarşı apardığı nifrət siyasəti nəticəsində törədilmiş cinayətlər və nifrət nitqi ilə bağlı videoçarx hazırlanıb.
 
Ombudsman Aparatının mətbuat xidmətindən Gender.az-a verilən məlumata görə, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, işğal və etnik təmizləmə siyasəti ilə bağlı faktlar, Ermənistanın siyasi rəhbərliyi səviyyəsində azərbaycanlılara qarşı nifrət dolu nitqlər, İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın mülki yaşayış məntəqələrinin hədəfə alınması ilə bağlı sosial şəbəkələrdə ermənilərin verdiyi şərhlər və reaksiyalar videoçarxda əksini tapıb.
 
Bununla yanaşı, videoçarxda ombudsmanın münaqişə nəticəsində zərər çəkmiş ərazilərdə həyata keçirdiyi faktaraşdırıcı missiya haqqında məlumatlara da yer verilib.
 
Videoçarxda istifadə edilmiş materiallar bir daha sübuta yetirir ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət aşılanması məqsədilə uzun illərdir həyata keçirilən siyasət nəticəsində gənc nəslin də bu ruhda yetişdirilməsi bölgədə sülhün bərqərar olmasına böyük maneə yaradıb.
 
Qeyd edək ki, bir müddət əvvəl ombudsman Səbinə Əliyeva beynəlxalq təşkilatlara Ermənistanın azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi ilə bağlı hesabat ünvanlayıb.

Tarix: 08 iyun 2021
Baxış: 34

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]