Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə tədbirləri keçiriləcək
“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi” layihəsinin həyata keçirilməsinə start verib.
Gender.az xəbər verir ki, layihə çərçivəsində insan alveri ilə mübarizə üzrə Ucar, Göyçay, Ağdaş, Qəbələ, Zaqatala rayonlarında maarifləndirici tədbirlər keçiriləcək və potensial qurbanların ən çox rast gəlindiyi yerlərdə maarifləndirici vəsaitlər paylanılacaqdır.
Tarix: 16 may 2019
Baxış: 627
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş