Xəbər lenti
Reklam
Mədəniyyət Nazirliyi Fikrət Əmirovun əsərinin erməni bəstəkarın adından tanıdılması faktını TƏKZİB EDİB

Mədəniyyət Nazirliyi uzun müddətdir ki, sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində müxtəlif mənbələrə istinad edilərək görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirova məxsus musiqi kompozisiyasının erməni bəstəkar Ara Gevorkyanın müəllifliyi altında təqdim edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirlikdən verilən açıqlamaya görə, bu məlumatlar həqiqəti əks etdirmir. Belə ki, Fikrət Əmirovun "Qarabağ inciləri" kompozisiyası kimi hesab edilən rəqs musiqisi Azərbaycan bəstəkarına aid deyil.
Fikrət Əmirovun belə bir adda əsəri olmayıb və sözügedən kompozisiyanın da ona aidiyyəti yoxdur. \\Oxu

Tarix: 06 fevral 2021
Baxış: 374

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş