Ermənistanın 17 siyasi partiyası Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.
Ermənistan hökumət başçısının istefasını tələb edən siyasi partiyalar xüsusi bəyanatla çıxış edib.
Bəyanatda qeyd edilib ki, Azərbaycan-Ermənistan arasında baş verənlər konteksində, xüsusilə cəbhədə “irəliləyiş” məqsədilə çoxsaylı təkliflər verilsə də, bunlar cavabsız qalıb.
Həmçinin qeyd olunur ki, hökumətin atdığı addımlar müharibə zamanı mövcud təhlükəyə adekvat deyil. Partiyalar Ermənistan-Rusiya arasındakı qüsurlu münasibətlərə səbəb kimi də indiki hökuməti göstərib.
Əlavə edilib ki, hakimiyyət orqanları erməni xalqını təmsil etmək üçün siyasi və mənəvi hüququnu itirib.
Sonda partiyalar hesab ediblər ki, mövcud fəlakətli vəziyyətə məsul olan Baş nazir Nikol Paşinyan və onun hökuməti istefaya getməlidir.
Qeyd edək ki, bəyanatı Azadlıq, Milli Təhlükəsizlik, Respublika, Daşnaksütyun, Çiçəklənən Ermənistan və digər siyasi partiyalar imza atıb.Teleqraf