Redaktor seçimi
    İsrailin Azərbaycana verdiyi həmin qorxunc silah PARADDA GÖRÜNDÜ: Başqa kimlərdə var? +VİDEO
Xəbər lenti
Reklam
İsrailin Azərbaycana verdiyi həmin qorxunc silah PARADDA GÖRÜNDÜ: Başqa kimlərdə var? +VİDEO

Bakıda keçirilən Zəfər Gününə həsr olunmuş Hərbi Paradda Azərbaycan Ordusunun arsenalında yer alan “İldırım-8” zenit-raket kompleksi nümayiş etdirilib.
Gender.Az xəbər  verir   ki, yüksək atış dəqiqliyinə və müasir idarəetmə sisteminə malik kompleks ölkəmizin hava hücumundan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirir.
"Barak-8" və texniki-taktiki göstəriciləri yəhudi dilində "ildırım" mənasını verən "Barak" ZRK İsrailin "Rafael" şirkəti tərəfindən istehsal edilir.
"Zenti-raket kompleksi "Barak-1" xəttinin davamı olaraq hazırlanıb, yer və dəniz platformaları üçün iki versiyası mövcuddur.
Bu raketlərin yaradılmasını İsrail və Hindistan birgə həyata keçirib və ilk xarici istifadəçisi də məhz Hindistandır.
"Barak-8" zenti-raket kompleksinin atış mənzili 90 km, "Barak-8 ER" konfiqurasiyasınınkı isə 150 kilometrə yaxın, hədəfi məhv etmə yüksəkliyi isə 16 min metrə yaxındır.
Raketin uzunluğu 4,5 metr, diametri 0.225 m, ümumi ağırlığı 275 kq, döyüş başlığı 60 kq təşkil edir.
Yüksək manevr qabiliyyətinə malik "Barak 8" iki pilləli raket mühərrikinə sahibdir və şaquli atışla buraxılır. Raket aktiv arayıcı başlıq (RF/infraqırmızı) sayəsində hədəfə yönəlir və sürəti 2 maxdır (680 metr/saniyə).Zenit-raket kompleksinin istehsalçısı İsrailin "Rafael" şirkəti olsa da, kompleksin nəzarət-müşahidə radarı İsrailin əsas dövlət hərbi sənaye müəssisəsi olan "Israel Aerospace Industries (IAI)" holdinqinə daxil olan "Elta Systems" (radarları istehsal edir) tərəfindən istehsal olunur.
Bəzi sifarişlərdə kompleksə "Elta Systems" şirkətinin istehsalı olan EL/M-2080 "Gren Pine" radarı daxil edilib. "Barak-8" zenti-raket kompleksi gəmi əleyhinə raketlərə, supersonik raketlərə, ballistik raketlərə, təyyarə, helikopter, PUA kimi hava təhdidlərinə qarşı nəzərdə tutulur".
İstifadə edən ölkələr
Azərbaycan
İsrail
Hindistan
Venesuela
Sinqapur
Çili
Həmin silahların  görüntüsünü  təqdim  edirik:

 
Tarix: 08 noyabr 2025
Baxış: 19

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş