Ermənistanın dövlət məktəblərində Azərbaycan dili tədris olunacaq
2025-2026-cı tədris ilində Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunacaq.
Gender.Az bildirir ki, bu barədə Panorama.am Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə istinadən məlumat verir.
Proqrama əsasən, 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən etibarən isə fars və gürcü dilləri tədris olunacaq. Proqram könüllü olacaq və ixtisaslı müəllimlərin mövcudluğundan asılı olacaq.
Təşəbbüs dövlət təhsil proqramı çərçivəsində həyata keçirilir.
Tarix: 01 noyabr 2025
Baxış: 28
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş