İrəvanda partlayış: yaralananlar var
Bu gün İrəvan şəhərinin Ayasa küçəsində yerləşən tikiş sexində partlayış baş verib.
Gender.Az xəbər verir ki, bu barədə Ermənistan mediası Milli Böhran İdarəetmə Mərkəzinə istinadən məlumat yayıb.
Partlayış nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə dəstəsi göndərilib.
Fəaliyyətsiz sexin birinci mərtəbəsindəki otaqlardan birində hələ müəyyən edilməmiş səbəblərdən partlayışın baş verdiyi bildirilir.
Tarix: 30 sentyabr 2025
Baxış: 26
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş