"Yaxşı babadır, bir az hündürdür" - Nilay prezidentlə görüşündən danışdı- VİDEO
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.
Gender.az xəbər verir ki, dövlət başçısı sonra Komplekdə Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva ilə görüşüb.
Nilay Prezidentlə görüşü barədə təəssüratlarını belə ifadə edibz: “Soruşdu ki, harada qalıram, neçənci sinifdə oxuyuram? Cavab verdim ki, ikinci sinifdə oxuyuram. O park tikilən yerdə əvvəl evimiz olmuşdu. Ora bomba atdılar, evimiz dağıldı.
Yaxşı babadır. Gördüyümdən bir az hündürdür. Mən onu çox sevdim. Mənimlə maraqlı söhbətlər etdi. Çox istəyirdim ki, onu görüm. Dualarım yerinə yetdi”.