Redaktor seçimi
    Şahin Şıxlinskinin yerinə seçki keçirildi - Yeni rəhbərin adı bəlli oldu
Xəbər lenti
Reklam
Şahin Şıxlinskinin yerinə seçki keçirildi - Yeni rəhbərin adı bəlli oldu

Rusiyanın Ural bölgəsinin azərbaycanlı icmasının yeni rəhbəri seçilib.
"Azərbaycan-Ural" təşkilatının yeni rəhbəri Ural Azərbaycanlılarının Mədəniyyət, Gənclər və İdman Mərkəzinə də rəhbərlik edən Vidadi Mustafayev olub.
Xatırladaq ki, Vidadi Mustafayevə qədər "Azərbaycan-Ural" ictimai təşkilatının rəhbəri Şahin Şıxlinski olub. Şahin Şıxlinski avqustun 2-də Azərbaycanın Moskvadakı səfirliyindən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Moskvanın Basmannı Məhkəməsi onun qiyabi həbs edilməsinə dair hökm çıxarıb.
İlkin məlumata görə, Şıxlinski Fehruz Şirinovun öldürülməsinə cəhddə iştirak etməkdə, habelə hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur.
Şıxlinskinin vəkili bildirib ki, müvəkkili təqsirsizliyində israr edir və onun həbsi ilə bağlı qərardan apellyasiya şikayəti vermək niyyətindədir.//Oxu.az

Tarix: 01 sentyabr 2025
Baxış: 25

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş