Onlar 700 bal topladılar - FOTOLAR

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə ikinci cəhd imtahanlarının nəticələrini açıqlayıb.
Gender.Az Modern.az-a istinadla xəbər verir ki, IV qrupdan iki nəfər 700 bal toplayıb.
Belə ki, Nurməmmədli Sona Məhəmməd qızı və Abdulsəmədli Orxan Fəxri oğlu hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentlərdir.
Sona Bakı şəhəri 272 nömrəli tam orta məktəbin şagirdidir. O, Azərbaycan Tibb Universitetini seçmək fikrində olduğunu deyib.
Şəki rayon Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi olan Orxan da Azərbaycan Tibb Universitetində oxuma niyyətindədir.
Tarix: 24 iyul 2025
Baxış: 31
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş