Döyülən direktor işdən çıxarıldı
Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Yahyayev Rauf Ruzvay oğlu işdən çıxarılıb.
"Gender.az" xəbər verir ki, “Unikal”ın məlumatına görə, onun vəzifəsi hələlik xəstəxananın baş həkimi Aruz Teymurovaya həvalə edilib.
Bildirilib ki, Rauf Yahyayev öz ərizəsi ilə işdən çıxıb. O bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi.
Qeyd edək ki, R.Yahyayevin adı son vaxtlar qalmaqallarda hallanırdı. O, ötən illin fevralında bir qrup şəxs tərəfindən döyülüb.
Tarix: 24 may 2025
Baxış: 35
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş