“Aİ-92” markalı benzinin sərfiyyatı artıb? - Rəsmi açıqlama
Sosial şəbəkələrdə Aİ-92 markalı benzinin sərfiyyatının artması, keyfiyyətinin azalması ilə bağlı iddialar səsləndirilir.
İstifadəçilər bildirirlər ki, yanacağın qiyməti artandan sonra sərfiyyatı da artıb.
Məsələ ilə bağlı SOCAR-ın Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən açıqlamada bu kimi məlumatların həqiqətəuyğun olmadığı bildirilib:
“SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan və ölkədə satışı həyata keçirilən Aİ-92 avtomobil benzini AZS 059-2001 standartlarına cavab verir. Bunu nəzərə alaraq, Aİ-92 benzininin daha tez sərf olunması barədə yayılan məlumat həqiqəti əks etdirmir. Yay aylarında sürücülərin avtomobil kondisionerlərindən tez-tez istifadə etməsi, həmçinin ağır yük daşımaları kimi məsələlər benzinin daha çox sərfiyyatına səbəb ola bilər”.
Qeyd edək ki, iyun ayının 30-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurası Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün 10 qəpik artırılaraq 1,10 manat müəyyən edilib
Tarix: 23 iyul 2024
Baxış: 114
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş