Xəbər verdiyimiz kimi, ötən gün hakim Yeni Azərbaycan Partiyası (YAP) Növbədənkənar Parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb.
Siyahıya baxdıqda hakim partiyanın VI Çağırış deputatlarından artıq 18 nəfərinin Parlamentlə vidalaşdığı məlum olub.
Bəs, bitərəf, siyasi partiya mənsubiyyəti olmayan deputatldan neçəsi seçkiyə qatılmayacaq?
Qeyd edək ki, son parlament seçkilərində 41 bitərəf namizəd mandat əldə etməyi bacarmışdı. Onlardan 3 nəfəri vəfat edib, 2 nəfəri yeni vəzifəyə təyin edilib, bir nəfəri isə hazırda həbsxana həyatı yaşayır.
Bitərəf deputatların siyahısı:
1. Səttar Möhbalıyev - qərarını açıqlamayıb.
2. Azay Quliyev - 8 saylı Binəqədi seçki dairəsindən yenidən namizəd olub.
3. Madər Musayev - vəfat edib.
4. Soltan Məmmədov - qərarını açıqlamayıb.
5. Ülvi Quliyev - yenidən namizəd olacaq (dairəsini açıqlamayıb)
6. Erkin Qədirli - 16 saylı Yasamal seçki dairəsindən namizədliyini irəli sürüb
7. Rasim Musabəyov - qərarını açıqlamayıb.
8. Adil Əliyev - Suraxanı rayonunun icra başçısı təyin edilib.
9. Ziyad Səmədzadə - qərarını açıqlamayıb.
10. Könül Nurullayeva - 24 saylı Nizami seçki dairəsindən namizədliyini irəli sürüb.
11. Eldar Quliyev - 28 saylı Sabunçu seçki dairəsindən namizədliyini irəli sürübkö.
12. Nigar Arpadarai - 7 saylı Səbail seçki dairəsindən namizədliyini irəli sürüb.
13. Etibar Əliyev - qərarını açıqlamayıb.
14. İltizam Yusifov - qərarını açıqlamayıb.
15. Şahin Seyidzadə - İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədridir.
16. Eldəniz Səlimov - 2021-ci il tarixində həbs edilib, deputatlıq mandatından məhrum edilib.
17. Sevil Mikayılova - qərarını açıqlamayıb.
18. Əminə Ağazadə - 62 saylı Kürdəmir seçki dairəsindən namizədliyini irəli sürüb.
19. Jalə Əhmədova - qərarını açıqlamayıb.
20. Bəhruz Məhərrəmov - 69 saylı Biləsuvar seçki dairəsindən namizədliyini irəli sürüb.
21. Musa Qasımlı - 75 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini irəli sürüb.
22. Rüfət Quliyev - iştirak etməyəcək.
23. Aqil Abbas - 85 saylı Füzuli-Ağcabədi seçki dairəsindən namizədliyini irəli sürüb.
24. Vüqar Bayramov - 84 saylı Füzuli seçki dairəsindən namizədliyini irəli sürüb.
25. Tamam Cəfərova - 88 saylı Şamaxı seçki dairəsindən namizədliyini irəli sürüb.
26. Novruzəli Aslanov - 89 saylı İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürüb.
27. Məzahir Əfəndiyev - qərarını açıqlamayıb.
28. Jalə Əliyeva - 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsindən namizədliyini irəli sürüb.
29. Zahid Oruc - 33 saylı Xətai seçki dairəsindən namizədliyini irəli sürüb.
30. Sahib Alıyev - 93 saylı Ağdaş seçki dairəsindən namizədliyini irəli sürüb.
31. Arzu Nağıyev - 105 saylı Tovuz - Gədəbəy dairəsindən namizədliyini irəli sürüb.
32. Qənirə Paşayeva - ötən ilin sentyabr ayında vəfat edib.
33. Ülviyyə Ağayeva - 107 Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizədliyini irəli sürüb.
34. Azər Kərimli - 111 saylı Zaqatala-Balakən seçki dairəsindən namizədliyini irəli sürüb.
35. Əli Məsimli - 113-cü Şəki Şəhər seçki dairəsindən namizədliyini irəli sürüb.
36. Cavanşir Feyziyev - 115 saylı Şəki seçkdi dairəsindən namizədliyini irəli sürüb.
37. Fəttah Heydərov - 2020-ci ildə vəfat edib.
38. Bəxtiyar Əliyev - qərarını açıqlamayıb.
39. Tural Gəncəliyev - 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürüb.
40. Vahid Əhmədov - 59 saylı Quba seçki dairəsindən namizədliyini irəli sürüb.
41. Anatoliy Rafailov - 89 saylı Quba-Qusar seçki dairəsindən namizədliyini irəli sürüb.
Qeyd edək ki, 125 deputatdan 41 nəfəri bitərəfdir.
Mənbə: Referans.az