Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Bakıda ölüm saçan dərmanları kim istifadə edir? - AÇIQLAMA

Son vaxtlar sosial şəbəkələrdə kökəlmək istəyənlər üçün mənşəyi bəlli olmayan qida əlavələri satılır.

Qiyməti 18 manatdan başlayan bu məhsullara sahib olanlara 6-8 kiloqrama qədər çəki alacaqları vəd edilir.

Həkim Abbas Bağırov bildirib ki, qida əlavələrinin istifadəsi çəki artırsa da, çox ciddi fəsadlara yol açır:

"Hormonal sistemin pozulması, qaraciyərdə piylənmə, böyrək daşlarının əmələ gəlməsi kimi müxtəlif fəsadlara yol açır. Bu halda dəridə şişkinlik, dəri reaksiyaları, allergik reaksiyalar və dəri qırışları yaranır ki, bu da xarici görkəmi müəyyən dövrdən sonra daha arzuolunmaz vəziyyətə salır. Bu səbəbdən sözügedən preparatların istifadəsi zamanı həkim və məşqçilərə müraciət etmək lazımdır".

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bioloji aktiv məhsulların satışı ilə bağlı araşdırmalar aparılıb və həmin kökəldici qidalarda insan sağlamlığı üçün təhlükəli hesab olunan kənar kimyəvi maddələr aşkarlanıb.

Mövzu ilə bağlı Referans.Az-a həkim- terapevt Rasif Bağırov danışıb.

O bildirib ki, kökəlməkçün qida əlavəsinin olmasından xəbərsizdir:

"Arıqlamaçün qida əlavələri var, amma, ümumiyyətlə, kökəlməkçün qida əlavələri yoxdur. Bəlkə əzələlərin şişirdilməsi üçün proteinlər və müxtəlif dərman vasitələrindən söz gedir? Bu da kökəltmir, əzələləri inkişaf etdirir. Sağlamqlıqçün istifadə edilən qida əlavələri ziyanlı deyil. Heç bir ziyanı yoxdur".

Həkim deyir ki, insanlar qida əlavələri qəbul edirlər ki, ömürləri uzun olsun: "Bu antioksidant maddələr və digərləridir. İdmançıların qəbul etdikləri dərmanlar içərisində bəzi hormonal preparatlar var ki, bu olmamaq şərtilə digər dərmanları istifadə edilməsinin narahatlığı yoxdur. İdman edib bədənlərinin formasını dəyişirlər".

Şəlalə Babayeva  
Tarix: 03 iyun 2024
Baxış: 111

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş