Elm və Təhsil nazirliyi yanında fəaliyyət göstərən Şəki Kimya-Biologiya təmayüllü liseyin 11-ci sinif şagirdi Dəniz Məmmədzadə təhsildə əldə etdiyi uğuru ilə ölkəmizdə bir ilkə imza atıb.
Gender.Az
Bizim.Media-ya istinadla xəbər verir ki, məktəbli dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən bir olan, Kolumbiya Universitetindən qəbul alıb.
Hazırda həmin təhsil ocağı beynəlxalq reytinq cədvəlində Top-7-də qərarlaşır. Dənizin təhsil aldığı Şəki Kimya-Biologiya təmayüllü liseydən verilən məlumata əsasən, o həm də Eqleston təqaüdü də qazanıb.
Bu, Kolumbiya Universitetinə qəbul olunan tələbələrin 1%-nə verilən xüsusi alimlik-araşdırma təqaüdüdür. Belə ki, bu, tələbəyə ilk ildən araşdırma işinə limitsiz imkanlar təmin edən çoxyönlü təqaüddür və həmin universitetin ən önəmli təqaüdüdür. Fevral ayında Dəniz Məmmədzadə BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına üzv (UNYAC) seçilib.
Həkim ailəsində böyüyən Dəniz Məmmədzadə şahmat və musiqi sahəsində də bir sıra uğurlara imza atıb. Ötən il Almaniyada təşkil edilən olimpiadadan da qızıl medalla qayıdıb.
Dəniz Kolumbiya Universitetində tibbi mikrobiologiya sahəsi üzrə təhsil alacaq.