"Qurana and içmişəm ki, onun ölüm hökmünü özüm çıxaracağam"
Hakimlik bəlkə də yeganə vəzifədir ki, qanunların aliliyi ilə bağlı qərarların qəbulu həm də onun vicdan və ədalətinə buraxılır.
Gender.az Unikal-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
Deputat özünün işlədiyi dövrlərdən danışıb:
"Biz işləyən zaman qərar qəbul etmişdi ki, heç bir hakim məruzə etməyəcək. Qanuna uyğun, ədalət və vicdanla məsələni həll etməlidir. Hətta o vaxt ölüm hökmü var idi. Demişəm ki, kim qanunu pozub rüşvət alacaqsa, and içirəm qurana, ölüm hökmünü onun haqqında özüm çıxaracam".
Tarix: 23 fevral 2024
Baxış: 132
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş