Şəhidin nişanlısından duyğulu sözlər: Hələ də onunla danışıram - VİDEO
“Nə olsun ki, toyumuz olmayıb. Bizim nikahımız var axı. Onsuz da 21 gün sonra Turan əlində güllə gəlib məni bu evə gətirəcəkdi”.
Gender.Az xəbər verir ki, bunu Sentyabr döyüşlərində şəhid olan Turan Məhrrəmovun nişanlısı Sayıb Məhərrəmova deyib.
Turan şəhid olandan bəri onun evində yaşayan Sayıb deyir ki, onların sevgisi məktəbdən başlayıb: “Mənə sevdiyini deyəndə 5-ci sinifdə oxuyurdum. Sevilməyi Turanla öyrəndim, onunla böyüdüm. Əsgərliyə gedəndə məni qucaqladı, göz yaşlarını saxlaya bilmədi. Dedim üzülmə, mən sənin yolunu gözləyəcəyəm”.
Şəhidin nişanlısı Turansız keçən çətin günlərdən danışıb: “Bir ildir, bu evdə qalıram. Özümə təsəlli verirəm ki, guya toyumuz olub. Məni burada qoyub, özü də nə vaxtsa məzuniyyətə gələcək”.