Sizi aldatdılarmı? - Deputatlar cavab verir...
Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur.
Heç bir ölkə bunu rəsmi bayram olaraq saymasa da, 1 apreldə insanların bir-birini aldatması, zarafatlaşması ənənəyə çevirilib.Bəzi mənbələrə görə, 5 əsrlik tarixi olan gülüş günü ilk dəfə Fransada, bəzi mənbələrə görə isə qədim Romada təşəkkül tapıb.
Gülüş Günü ənənəsinə görə, bu gün hər bir adam, heç olmasa, bir nəfəri aldatmalıdır.
Maraqlıdır, deputatlarımız necə, 1 aprel tarixində kimisə aldadıb və ya aldanıblarmı?
Bununla bağlı Cebhe.info Milli Məclisin deputatları arasında sorğu keçirib.
Millət vəkili Vüqar İskəndərov bildirib ki, gənc yaşlarında da kifayət qədər aldanıb:
"1 aprel çox maraqlı tarixdir. Xatırlayıram, uşaqlıq və gənc yaşlarımızda bu günü böyük sevinc və maraqla gözləyirdik. Biz bunu gülüş günü əvəzinə, aldatma günü kimi qeyd edirdik. Mən Şəkidə yaşayıb böyümüşəm, bura da yumor şəhəridir. Şəkinin isə uşağı da,böyüyü də hazırcavabdır. Ona görə də bu gündə orada maraqlı hadisələr baş verirdi. Gənc yaşlarımda da kifayət qədər aldanmışam.
Deyilən yalanı həqiqət kimi qəbul etmişəm. Gənc yaşlarımdan sona bu günlə bağlı nə aldanmışam, nə aldatmışam. İstəyərdim ki, insanların üzü həmişə gülsün, həmişə bir-birinə müsbət enerji ötürsün. Çünki insan ömrü qısadır. Biz xalq olaraq da çalışmaləyıq ki, bir-birimizə dəstək olaq, daha çox yaxşılıqlar edək.Həyatımız, günümüz daha çox pozitiv əhval-ruhiyədə keçsin. Təkcə 1 apreldə yox, ilin 365 gününün daha çox faizini ruh yüksəkliyi ilə keçirək, çalışdığımız sahələrdə xalqımıza, cəmiyyətimizə, dövlətimizə töhfə verək və hər günümüz 1 aprel günü kimi gülüşlə, pozitiv keçsin".
Deputat Kamilə Əliyeva isə heç vaxt heç kəsi aldatmadığını deyib:
"Amma uşaq vaxtlarında, məktəb və tələbəlik illərində aldanma halları olub. Amma o hallar da adi şeylər olub, indi yadda saxlanılan, gülüş doğuran şeylər olmayıb. Tələbəlik illərində gəlib deyiblər ki, dekan səni çağırır. Belə zarafatlar, aldanmalar olub. Amma ciddi gülüş doğurulası hal yadıma gəlmir".
Millət vəkili Rüfət Quliyev belə zarafatlar edənlərə fikir vermədiyini deyib:
"Axırıncı dəfə belə bir hadis 10-15 il əvvəl olub. Bundan sonra nə özüm cəhd göstərmişəm, nə də mənə qarşı belə bir zarafat olub. İstəyiblər mənə qarşı belə cəhd eləsinlər, fikir verməmişəm. Düşünürəm ki, yaşımız o yaş deyil ki, bu vaxt zarafat edək. Zarafatla desək, bunu həqiqət kimi qarşılaya bilərlər. Baxmayaraq ki, mən çox zarafatcıl bir insanam, çox vaxt ironiya ilə, sarkazmla, zarafatla danışıram. Hətta rəylərimi verəndə də bu formada verirəm. Aprelin 1-i yaxşı gündür, amma o zarafat vaxtımız keçib, cavanlıqda olub".
Deputat Naqif Həmzəyev isə uşaq vaxtı belə zaraftlar etdiyini, ancaq aldanmadığını söyləyib:
"Uşaq vaxtı belə aldatmalar, zaraftalaşmalar olub. Amma açığı, heç biri tam yadımda qalmayıb. Bu il də "İnstagram"da bütün mavi işarələnmiş hesabların ləğv olunacağını yazmışdılar. O aldatma da düz çıxmadı. Bunun da bir marketinq həmləsi olduğunu düşünürdüm. Elə də oldu. Yəni, açığı, aldanmıram".
Naibə