Redaktor seçimi
    "Tavuşda elə yerlər var ki, bizə qaytarılmalıdır" - Sanosyan
Xəbər lenti
Reklam
Əlikram Bayramov Zərdabini tanımadı: “Həsən bəy dəyərli dost idi”

Bu gün Həsən bəy Zərdabinin 185-ci doğum günüdür. O, 1837-ci il iyun аyının 28-də Zərdab kəndində, bəy ailəsində anadan olub.
 
Həsən bəy Zərdabi bu gün ölkədə jurnalistikanın banisi, “Əkinçi” qəzetinin təsisçisi, islam dünyasının ilk təbiətşünas alimi kimi dərin ehtiramla anılır və xatırlanır.
 
Oxu.Az şou-biznes və mədəniyyət nümayəndələri arasında sorğu keçirib. Görəsən, onlar Həsən bəy Zərdabini tanıyırlarmı?
 
Aktrisa Afaq Bəşirqızı:
 
“Həsən bəy Zərdabi maarifin ilk təbliğatçısıdır. Onun ilk qəzeti “Əkinçi” qəzeti olub. Zərdabi qəzetində bir çox mövzulara toxunub. Hətta qadağan olunan mövzulara qəribə don geyindirərək dərc edib. Həsən bəy Zərdabinin çox istedadlı tələbələri olub. Zərdabi Azərbaycan təhsili üçün çox böyük işlər görüb”.
 
Aktyor Elməddin Cəfərov:
 
“Mən Gəncə Dövlət Universitetində təhsil almışam. Oxuduğum universitet Həsən bəy Zərdabi adına olub, məlumatsız olmağım qeyri-mümkündür. Zərdabi 1837-ci ildə anadan olub. Rusiya təhsili var və “Əkinçi” qəzetinin banisidir”.
 
Aktyor, rejissor Kənan Mahmudov (M.M.):
 
“Zərdabi “Əkinçi” qəzetinin təsisçisi, jurnalistikanın banisi, yazar, tənqidçi olub”.
 
Aktrisa Sənubər İsgəndərli:
 
“Əkinçi” qəzetinin yaradıcısı, jurnalistikanın banisi”.
 
Aktyor Nicat Kazımov:
 
“Həsən bəy Zərdabini tanımamaq mümkün deyil, onu tanımayanlara şübhə ilə yanaşıram”.
 
Aktyor Elman Rəfiyev:
 
“Azərbaycanda ilk teatr yaradıcılarından biri, “Əkinçi” qəzetinin təsisçisi, bütün Rusiya imperiyasında ilk türkdilli qəzeti çapa buraxan şəxsdir. Bizim yaddaşımızda isə Azərbaycanda teatrın banilərindən biri kimi də qalıb. Zərdabi Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlovla birlikdə “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Hacı Qara” tamaşaları ilə 1873-cü ildə ilk teatrı yaratdılar. Gələn il Azərbaycan teatrı özünün 150 illiyini qeyd edəcək.
 
Müğənni, bəstəkar Elza Seyidcahan:
 
“Həsən bəy Zərdabini tanımayan azərbaycanlı deyil. “Əkinçi” qəzetinin təsisçisi, mətbuatın yaradıcısıdır. Mətbuat deyiləndə ilk ağla gələn Həsən bəy Zərdabidir. Amma çox heyif ki, bəzi  mətbuat orqanlarının əməkdaşları jurnalistika sənətindən başqa məqsədlə istifadə edirlər. Yəni hər bir sahədə olduğu kimi, mətbuatda da dırnaqarası insanlar var. Amma biz mətbuat deyəndə, Mətbuat Günü deyəndə ilk Həsən bəy Zərdabi yada düşür. Allah ruhunu şad etsin!”
 
Mədəniyyət və şou-biznes nümayəndələrinin əksəriyyəti Həsən bəy Zərdabini tanısa da, təəssüf ki, onu tanımayan da oldu.
 
Belə ki, müğənni Əlikram Bayramov Oxu.Az-ın sorğusuna cavabında onun dəyərli dost olduğunu bildirib:
 
“Rəhmətlik yaxşı kişi idi. Həsən bəy Zərdabini tanımayan insan Azərbaycanı tanımır. Həsən bəy Zərdabi böyük yazar, gözəl insan, dəyərli dost idi”.

Tarix: 28 iyun 2022
Baxış: 926

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş