Redaktor seçimi
    “Nikol Paşinyan xarici siyasət kursunu dəyişir...” “MEYDAN” (“QRAPARAK”) BELƏ YAZIR
Xəbər lenti
Reklam
Riyaziyyatçı alim Vaqif Mahmudovun yeni kitabı NƏŞR OLUNUB

Elm, təhsil fədaisi haqqında yazmaq mənim üçün çətin və məsuliyyətlidir. Uşaq vaxtı elə bilirdim ki, alimlər - professorlar qarabaq , yalnız elmi işlərlə məşğul olan adamlardırlar. Ancaq riyaziyyatçı alim Vaqif Mahmudovla tanış olandan sonra fikrim tamamilə dəyişdi. Heç ağlıma gəlməzdi ki, daim dəqiq elmlərlə məşğul olan bir insanın zəngin yaradıcılığı olsun. Onun maraqlı söhbətlərindən,  tarda, sintezatordakı məharətli ifasından sonra bu qədər həyat eşqi olduğuna həm məəttəl qaldım, həm də sevindim. Sən demə, heç də alimlərin hamısı  tündməcaz olmurmuş. Müəllimin elmi nailiyyətləri bir qırağa, onun yüksək intellekti və mənəviyyatı örnəkdir mənim üçün. Günümüzdə bu cür insanları gündüz çıraqla axtarsaq, çətin taparıq. Vaqif müəllim sözün əsl mənasında əsl ziyalıdır və mən hər görüşdə ondan çox şey öyrənirəm. Vaqif Mahmudov hal – hazırda xarici nağılları ana dilimizə tərcümə etməklə məşğuldur.     
Yeni nəşr olunmuş riyaziyyat və pedaqoqikaya dair kitabları isə hər bir müəllimin stolüstü kitabı olmalıdır.


Riyaziyyatçı alim Vaqif Mahmudov

Müəllif Nurlana İşıq 

Gender.az
Tarix: 21 iyul 2021
Baxış: 95

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]